Xaricdə səsvermələr Şərqdə başlayıb Qərbdə bitəcək

post-img

Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq və ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq. Seçkilər ölkələrin yerli vaxtlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da bitəcək.

Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilə­rin ölkə hüdudlarından kənarda təşkili məqsədilə, ümumilikdə, 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.


Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər