ABŞ-də yaşayan vətəndaşlarımızın seçki hüququ təmin edilib

post-img

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində Amerika Birləşmiş Ştatlarında yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür. 

Bu məqsədlə Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ABŞ-da­kı səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının sədri, ka­tibi və üzvləri seçilib.

Ölkə hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici eza­miyyətdə olan 18 yaşına çatmış vətən­daşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə onlar qeydiyyata alınıblar. Artıq səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Ko­missiyasına təqdim edilib.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi vətəndaş­larımızı prezident seçkilərində fəal şəkil­də iştiraka və seçki hüquqlarından istifa­də etməyə dəvət edir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər