Qarabağ və Şərqi Zəngəzura 5,6 milyard manat vəsait qoyulub

post-img

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb.

Bu barədə Maliyyə Nazirliyindən mə­lumat verilib. Bildirilib ki, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 faizi Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərc­lərin, 145,4 milyon manatı və yaxud 2,6 faizi Prezidentin Ehtiyat Fondunun, 145,3 milyon manatı və yaxud 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və yaxud 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərc­ləri) xərclərinin, 464,8 milyon manatı və yaxud 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşüb.

XQ

İqtisadiyyat