Qeyri-neft sektorunun büdcə gəlirləri 13,5 faiz artıb

post-img

Maliyyə Nazirliyinin məlumatına əsasən, ötən il qeyri-neft sektoru üzrə büdcə gəlirləri ümumi daxilolmaların 49 faizini təşkil etməklə 17 milyard 418 milyon manat məbləğində icra edilib. Bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 268 milyon manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2 milyard 68,4 milyon manat və ya 13,5 faiz çoxdur.

Vergi daxilolmaları və dövlət rüsumla­rı üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3 faiz həcmində və ya 16 milyard 127 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 140 milyon manat və ya 7,6 faiz, 2022-ci illə müqa­yisədə isə 584 milyon manat və ya 3,8 faiz çoxdur.

Həmin vəsaitin 60,2 faizi və ya 9 mil­yard 708 manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqno­za nisbətən 723 milyon manat və ya 8 faiz, 2022-ci illə müqayisədə isə 1 mil­yard 571 milyon manat və ya 19,3 faiz çox olub.

Neft-qaz sektoru üzrə dövlət büdcə­sinə təmin edilmiş vergi daxilolmaları 6 milyard 419 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 417 milyon ma­nat və ya 6,9 faiz çoxdur.

XQ

İqtisadiyyat