“Ordubad” gəmi-bərəsi yenilənib Xəzərə qayıtdı

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ordubad” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

ASCO-dan verilən məlumata görə, təmir işləri Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Təmir işləri çərçivə­sində gəminin gövdəsi qaynaq edilib, av­tomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bundan əlavə, bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib, gəmi heyətinin yaşayış şəraitini yaxşılaş­dırmaq üçün kayutlarlarda lazımi işlər gö­rülüb. Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,55, eni 18,3 metr olan “Ordubad” gəmi-bərəsinin maksimal sürəti 15 uzel təşkil edir.

XQ

Son xəbərlər