Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 7 milyard dolları ötüb

post-img

Hesabat ilində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31faiz və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məluma­tında daha sonra bildirilir ki, ötən il Azər­baycandan qardaş ölkəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51.2 faiz və ya 1 milyard 814 milyon dollar artaraq 5 mil­yard 359,3 milyon dollara, Türkiyədən respublikamıza ixracın həcmi isə 0,3 faiz və ya 6,1 milyon dollar azalaraq 2 milyard 291 milyon dollara bərabər olub.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edi­lib ki, bu da 2022-ci ilə müqayisədə 9.9 faiz çoxdur. 

Xatırladaq ki, 2023-cü ildə Azərbay­canın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3,3 milyard dollar təşkil edib.

XQ

İqtisadiyyat