“Bakinski raboçi” qəzetində ödənişsiz təşviqatın ardıcıllığı

post-img

Prezidentliyə namizədlərin “Bakinski raboçi” qəzetində ödənişsiz təşviqatının ardıcıllığı müəyyən edilib.

Bu barədə AZƏRTAC-a qəzetin redaksiyasın­dan məlumat verilib.

Püşkatmadan əvvəl prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri ilə görüşdə redaksi­yanın seçkilərlə bağlı fəaliyyətinin Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezi­dentinin seçkilərində kütləvi informasiya vasitələ­ri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” təlimatına uyğun olaraq təşkil edildiyi bildirilib. 

Təşviqat materialları hər namizəd üçün ödəniş­siz əsaslarla B2 formatlı qəzetdə bir qəzet səhifə­si, 1630 kvadratsantimetr, ümumən 33 min 600 kvadratsantimetr, yəni, 7 səhifə yer ayrılacaq.

Sonra təşviqat materiallarının qəzetdə dərc ardıcıllığını müəyyən etmək məqsədilə püşkatma keçirilib. Püşkatmanın nəticəsində təşviqat materi­alları dərc olunacaq prezidentliyə namizədlərin ar­dıcıllığı aşağıdakı kimi müəyyənləşib:

1. İlham Əliyev 

2. Zahid Oruc 

3. Elşad Musayev 

4. Razi Nurullayev

5. Qüdrət Həsənquliyev

6. Fazil Mustafa

7. Fuad Əliyev

Daha sonra prezidentliyə namizədlərin səlahiy­yətli nümayəndələri püşkatmanın şəffaf və obyektiv keçdiyi ilə bağlı fikirlərini bölüşüblər.

Son xəbərlər