Səudiyyə Ərəbistanı Qarabağda minatəmizləməyə dəstək verəcək

post-img

Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. 

Bu məqsədlə yanvarın 16-da Azər­baycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdul­lah Məhəmməd Əlvadeyi arasında Maliy­yə Yardımı Memorandumu imzalanıb.

XQ

Son xəbərlər