Qarabağda silah-sursat anbarı aşkarlanıb

post-img

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkarlanıb.

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri birləş­mələrinin və qeyri-qanuni silahlı dəstələ­rinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qum­baraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsa­dirə edilib.

XQ

Son xəbərlər