XİN Fərid Səfərlinin İranda həbsini diqqətdə saxlayır

post-img

Ötən il martın 4-də İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərlinin həbsindən və onun barəsində məhkəmə qərarı verildikdən sonra F.Səfərlinin valideyni oğlunun durumundan narahatlıq ifadə edib, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına yardım üçün müraciət ünvanlayıb. 

Bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən de­yib. 

O bildirib ki, nazirliyin 2023-cü il 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat daxil olan gündən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilmə­si, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-pro­sessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətin­də həm XİN, həm də ölkəmizin Təbriz şəhərindəki baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.

Ötən il iyulun 19-da keçirilmiş məh­kəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “ca­susluq etmək niyyəti” ittihamı ilə əvəz­lənib. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. 

Bununla yanaşı, İranın Təbriz şəhərindəki Azərbaycanın baş kon­sulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.

Fərid Səfərlinin hüquq və məna­felərinin qorunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən zəru­ri tədbirlərin görülməsi davam etdirilir.

XQ

Son xəbərlər