Mətbuat Şurası seçkilərdə jurnalistlərə yardımçı olacaq

post-img

Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Media haqqında” qanun və digər normativ hüquqi aktlar KİV-lərin seçki prosesində sərbəst fəaliyyətinə təminat verir. Seçki prosesini idarə edən rəsmi qurumlar da KİV və jurnalistlərin peşə funksiyalarını icra etmələri üçün hər cür şərait yaradırlar. Fikrimcə, KİV-lər də bu münasibətə adekvat davranırlar. Bu baxımdan KİV və jurnalistlərin indiki seçki prosesini işıqlandırmaları yönündə hər hansı problem görünmür.

“XQ”nin məlumatına görə, bunu “Seçki-2024.az” saytına açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

Qeyd edib ki, Mətbuat Şurası KİV-lərin və jurnalistlərin seçki prose­sində peşəkar davranmalarına dəstək olmaq üçün addımlar atacaq: “Bütün məsələlərdə olduğu kimi, seçki prose­sində də fəaliyyətlər peşəkar prinsiplərə əsaslanmalıdır. Şura adətən belə hallar­da istiqamətverici tövsiyələr açıqlayır. Bu dəfə də ənənəmizi davam etdirəcə­yik. Hesab edirik ki, həm Mətbuat Şura­sının tövsiyələri, həm də Mərkəzi Seçki Komissiyasının təlimatları KİV və jurna­listlərimiz üçün yardımçı vəsait rolunu oynayacaq”.

Mətbuat Şurasının səsvermə günü ilə bağlı planlarından danışan Rəşad Məcid deyib: “Əsas məqsədimiz jurna­listlərin seçkini sərbəst işıqlandırmala­rına yardımçı olmaqdır. Bu yöndə fəa­liyyətlərimizdən biri səsvermə günündə “qaynar xətt”in yaradılması olacaq. “Qaynar xətt” üçün müəyyənləşdirilmiş mobil və sabit telefon nömrələri əvvəlcə­dən elan ediləcək. Seçki prosesini işıq­landıracaq jurnalistlər həmin nömrələrlə əlaqə saxlamaq imkanı əldə edəcəklər. Jurnalistlərin fəaliyyəti ilə əlaqədar hər hansı anlaşmazlıq yaranarsa, operativ şəkildə aradan qaldırılacaq. Bunun üçün müvafiq instansiyalarla əlaqələndirilmiş iş aparılacaq. Səsvermə günü üçün di­gər bir planımız dairə və məntəqələrdə canlı müşahidəçiliyin təşkilidir. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri pay­taxt və bölgələrdə seçki dairələrində, məntəqələrdə olacaq, jurnalistlərin peşə fəaliyyətini gerçəkləşdirmələri üçün ya­radılmış vəziyyəti müşahidə edəcəklər”.

XQ

Son xəbərlər