Yeni ilin ilk qarı

post-img

Yanvarın 10-u səhər saatlarından başla­yaraq, Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb. 

Qubada yerləşən Şimal-Şərq Regional Hid­rometeorologiya Mərkəzindən bildirilib ki, qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağlıq ərazilərdə qar qeydə alınma­yıb.

Qubanın Qırız kəndində temperatur mənfi 8, Xızının Altıağac qəsəbəsində isə mənfi 6 dərə­cəyə düşüb.

XQ

Son xəbərlər