Qaraciyər – qoyma yığılsın zəhər

post-img

Professor Olqa Şişova bu günlərdə qara­ciyərdə yaranan problemləri açıqlayıb. Bildirib ki, Yeni il şənliklərində yemək və içki çoxluğun­dan qaraciyər yüklənir. 

Həkim bildirib ki, qaraciyərin yükləndiyini daimi yorğunluq, iştahın itməsi, sağ tərəfdə qabırğa altın­da ağrı, dərinin saralması, qəbizlik, ağızda acılıq, ayaq və dizlərdə narahatlıq, ürəkbulanma, dəridə səpkilər kimi əlamətlər bildirir. Həmin siqnallar istə­nilən an bu orqanda pozulma ola biləcəyini göstə­rir. 

Qaraciyərin sağlamlığını qorumaq üçün düz­gün, az və faydalı qidalanmaq, alkoqol və yağlı qi­dadan imtina etmək, toksinlərdən – pestisid, rəng, sənaye maddələri, kimyəvi maddələr, həlledicilər­dən uzaq durmaq lazımdır. Zərərli peşədə işləyən­lər müdafiə geyimində və maskada olmalıdır.

Bundan başqa, fiziki aktiv olmaq, normal mad­dələr mübadiləsini və çəkini qaydada saxlamaq, ildə 1 dəfə müayinədən keçmək lazımdır. 

Həkim onu da tövsiyə edir ki, qaraciyəri özba­şına müalicə etmək olmaz. Bunun üçün mütəxəs­sisə müraciət etmək, düzgün təyinat almaqda fayda var.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat