Azərbaycan Türkiyə İş Adamları Birliyinin bəyanatı

post-img

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 2024-cü il yanvarın 10-da keçirilmiş İdarə Heyətinin iclasında 2024-cü il fevralın 7-də keçiriləcək növbə­dənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat yekdilliklə qəbul edilmişdir. Sənəddə bildirilir:

2024-cü ilin fevralın 7-də keçirilə­cək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Pre­zident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək, ərazi bütövlüyü­müzü və suverenliyimizi bir daha təsbit edərək, zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 

30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici kimi səsver­mədə iştirak edəcəyi bu seçkilər Azərbay­can dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.

Möhtərəm Prezidentin rəhbərliyi al­tında xalqımız və dövlətimizin nail olduğu bu şanlı Zəfərin Ali Baş Komandan kimi müəllifi cənab İlham Heydər oğlu Əliye­vin keçiriləcək növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiya­sı tərəfindən irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. 

Azərbaycan Respublikası ilə qardaş Türkiyə Respublikası arasında strate­ji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsin­də, ölkəmizin və qardaş Türkiyə Res­publikasının iş adamlarının daxil olduğu sahibkarlıq ictimaiyyətinin potensialını dövlətimizin və xalqımızın maraqları ət­rafında birləşdirmək istiqamətində ya­randığı 2004-cü ildən bəri əhəmiyyətli rol oynayan Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 2024-cü il yanvarın 10-da keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara əsasən müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezi­dentliyinə namizədliyini dəstəklədiyini qü­rur hissi ilə bəyan edir, bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçiriləcək seç­kilərin məntiqi nəticəsinin tariximizə par­laq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir.

Son xəbərlər