TƏBİB: Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar pasiyentlərin təxliyəsi reallaşıb

post-img

Yanvarın 9-da saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları dərhal hadisə yerinə cəlb olunub.

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib.

Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunub. İndiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilib.

 



Son xəbərlər