Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizəd kimi qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sü­rülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissi­yasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 21 dekabr tarixli 10/32 saylı Qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2023-cü il dekabrın 31-də partiyanın səlahiy­yətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Ko­missiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, na­mizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sü­rülmüş Razi Qulaməli oğlu Nurullayev namizəd kimi qeydə alınsın. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr Məzahir PƏNAHOV

Katib Arifə MUXTAROVA

Katib Mikayıl RƏHİMOV

Son xəbərlər