Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizəd kimi qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublika­sı Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhər­rəm oğlu Orucun namizədliyinin irəli sü­rülməsi Azərbaycan Respublikası Mərkə­zi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 21 dekabr tarixli 10/27 saylı Qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2023-cü il dekabrın 30-da namizədin səlahiy­yətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Ko­missiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, na­mizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü, 58-ci, 59-cu, 60-cı, 181-ci və 182-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində namizədli­yi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr Məzahir PƏNAHOV

Katib Arifə MUXTAROVA

Katib Mikayıl RƏHİMOV

Son xəbərlər