Əli Xaməneinin Cənubi Xorasan əyalətindəki nümayəndəsi Əlirza İbadi ölkədə bütün əyləncələrin qadağan edilməsinə çağırıb. O, bu barədə İran mediasına müsahibəsində açıqlama verib.
İbadi əyləncə proqramlarının yerinə müxtəlif siyasi və dini məsələlərin təhlilinə həsr olunmuş verilişlərin yayımlanmasını təklif edib: “Əyləncə inqilabi cəmiyyətin məhv olması deməkdir, bu sahəyə ayrılan vəsait israfçılıqdır”.
Onun sözlərinə görə, musiqi, kino, teatr və başqa mədəniyyət sahələrinə ayrılan büdcə inqilabı hərəkətlərə və cəmiyyətin islamiləşdirilməsi üçün xərclənməlidir.
Hüseyn RƏHİMZADƏ

