Naxçıvanda seçki hüququ ilə bağlı seminar

post-img

Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olu­nan tədbirdə Mərkəzi Seçki Komissiya­sının katibi Arifə Muxtarova və Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqla­rı üzrə təlim və ekspertiza şöbəsinin mü­diri Vüsalə Muradxanlı çıxış ediblər.

Çıxışlarda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkət­sizlikdən) və qərarlardan müraciət və şi­kayətlərinin araşdırılması məqsədilə da­irə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlu­matının artırılmasından, bilik, bacarıq və işgüzar vərdişlərin daha da təkmilləşdiril­məsindən, Avropa İnsan Hüquqları Kon­vensiyasında azad seçki hüququndan danışılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazovun və institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbə­sinin təlimçi-eksperti Hamlet Babayevin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağ­lı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılmasına dair çıxışları din­lənilib, slayd vasitəsilə mövzular barədə ətraflı məlumat verilib. 

Seminara qatılan dairə seçki komissi­yalarının Ekspert qrupu üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan, şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübut­ların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlanması prose­durlarını aydın və əhatəli əks etdirən yeni “Yaddaş kitabçası” təqdim olunub.

Qeyd edək ki, seminarda Naxçıvan Muxtar Respublikası üzrə 6 dairə seçki komissiyasının sədr, katib və ekspert qru­punun 36 üzvü iştirak edib.

XQ

Son xəbərlər