DİN-də ali dövlət mükafatlarının təqdimatı

post-img

Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş tədbir keçirilib.

Daxili işlər naziri general-polkov­nik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid koman­danlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimizin, o cümlədən Daxi­li İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçuları­mızın Murovdağdan Şuşaya qədər ge­dən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvə­sinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq gö­rüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi, bu ilin sen-tyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşı­ya qoyulan tapşırıqların yerinə yetirilmə­si zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan son­ra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.

Sonra nazir V.Eyvazov antiterror təd­birləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçu­ların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqin­cə gələn əməkdaşlara ali mükafatları təq­dim edib.

Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcə­yinə, bu yolda qüvvə və bacarığını əsir­gəməyəcəyinə əminliyini bildirib.

XQ

Son xəbərlər