Azərbaycanlı alim beynəlxalq konfransdan qayıdıb

post-img

Bu günlərdə Pakistanın Lahor şəhərində 41-ci Lahore Ophthalmo və 7-ci Asiya Pasifik Travma Cəmiyyətinin beynəlxalq konfransları keçirilib. Beynəlxalq tədbirlərdə ölkəmizi Azərbaycan Tibb Universiteti oftalmologiya kafedrasının dosenti, tibb elmləri doktoru, tanınmış vitreoretinal cərrah Tural Qəlbinur təmsil edib. Professor Hussain Ahmed Xaqanın dəvəti ilə beynəlxalq tədbirlərə qatılan Tural müəllim 4 mövzuda məruzəçi olub və 1 panel iclasına moderatorluq edib. O, konfransda fəal iştirakına görə xüsusi mükafatlara layiq görülüb.

Tibb elmləri doktoru Tural Qəlbinur bildirmişdir ki, o, keçən il də Pakistanda həmin konfranslarda dəvətli məruzəçi və moderator kimi Azərbaycanı təmsil etmiş­dir. Bu tədbir 2023-cü ilin son beynəlxalq oftalmoloji konfransıdır. Yola salmaqda olduğumuz ildə, o, Misir, Qırğızıstan, Öz­bəkistan, İtaliya və Türkiyədə keçirilən beynəlxalq konfranslara ardıcıl olaraq dəvətli məruzəçi kimi qatılmışdır.

ATU-nun oftalmologiya kafedrasının dosenti, oftalmoloq-vitreoretinal cərrah Tural Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2002-2005-ci illərdə Türkiyə Cümhuriyyətin­də Qureba Vəqfi Təhsil və Araşdırma Xəstəxanasının Göz xəstəlikləri kafed­rasında, 2006-2008-ci illərdə İsrailin Ha­dassah-Hebrev Tibb Universitetində və 2008-2010-cu illərdə Kanadanın Toronto Universitetində vitreoretinal cərrahiyyə üzrə təhsil alıb. Azərbaycan Oftalmologi­ya Cəmiyyətinin, Türk Oftalmologiya Dər­nəyinin, Amerika Vitreoretinal Cərrahlar Cəmiyyətinin, Avropa Vitreoretinal Cə­miyyətinin, Misir və digər ölkələrdə fəa­liyyət göstərən vitreoretinal cərrahiyyəyə bağlı dərnəklərin üzvüdür.

XQ



Son xəbərlər