Azərbaycanla bağlı müsabiqəyə yekun vurulub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2023-cü il üzrə mətbuatda Azərbaycan, habelə iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Bu il keçirilən mərasim “Heydər Əliyev ili”nə həsr olunub. 

AMM-nin direktoru Samir Abbasov çıxış edərək ötən il görülən işlərdən danışıb. Direktor müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Özbəkistan”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nominasiyaların daxil edil­diyini də söyləyib. 

Özbəkistan Jurnalistlər İttifaqı sədri­nin müavini Akbarjon Maqdiyev ölkələ­rimiz arasında mədəniyyət və mətbuat sahələrində əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb. 

Daha sonra mükafatların verilməsi mərasimi keçirilib. 

Sonda Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Eldor Şermanov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiye­va və Özbəkistanın Gənclərlə İş Agentliyi­nin “İbrat Farzandlari” layihəsinin rəhbəri Rüstəm Qoriyev çıxış edərək mükafatlara görə öz təşəkkürlərini bildiriblər. 

Xatırladırıq ki, müsabiqə 2013-cü ildən başlayaraq hər il təşkil olunur. Müsabiqədə elan olunan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, ha­belə “Azərbaycan və Özbəkistan arasın­da dostluğa dair ən çox materiallar dərc edən mətbu orqanlar”, dövlət və ictimaiy­yət nümayəndələri, mədəniyyət xadimlə­ri AMM-nin fəxri diplom və pul mükafatla­rına layiq görülürlər.

Tədbirin sonunda Azərbaycan milli musiqilərindən ibarət proqram təqdim olunub.

Həmyerlimizin Kokand mühazirələri 

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimo­va Özbəkistanın Kokand Dövlət Pedaqo­ji İnstitutunda Ulu öndər Heydər Əliyev və Özbəkistan-Azərbaycan mədəni əlaqələri, Azərbaycan folkloru və türk arealı, Azərbaycan şifahi xalq ədəbiyya­tının növləri və janrları, folklor və tarix, qədim türk dastan və eposları, özbək və Azərbaycan folklor tədqiqatçıları, folklor və yazılı ədəbiyyat əlaqələri mövzusun­da mühazirələr oxuyub. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər