SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində “Ürəkdən-ürəyə” adlı konsert keçirilib

post-img

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib. 

Heydər Əliyev Fondunun vitse-prezi­denti Leyla Əliyeva konsertdə iştirak edib.

ABŞ-da tanınmış pianoçu və bəstə­kar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzu­nudur. 1997-ci ildə o, ABŞ-a gedərək təh­silini orada davam etdirib, caz və kompo­zisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzv­ləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nü­mayiş olunub. Eyni zamanda, vətənpər­vərlik mövzusu ilə yanaşı, müxtəlif janr­larda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib. 

Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri bo­yalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.

XQ







Son xəbərlər