Nizami rayonunda quldurluq, Sarayda oğurluq

post-img

Nizami rayonunda quldurluq baş verib. Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda cinayət törədən Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Ramil Qasımov müəyyən olunaraq saxlanılıb. Xəbəri DİN mətbuat xidməti verib. 

Məlumata görə, o, Bakı şəhər sakini olan bir nəfərin cibində 1500 manat pulu olan gödəkcəsini və 1700 manat dəyərində qızıl üzüyünü, digər bir nəfərin isə 340 manat pulunu quldurluq yolu ilə talayıb.  

Saray qəsəbə sakini olan bir nəfərin bank kartından 3516 manat pulunun oğurlanması barədə də polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini Şamil Qaradağlı müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər