Azərbaycan–Rusiya XİN-lərinin növbəti məsləhətləşməsi

post-img

Dekabrın 21-də Bakı şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, məsləhətləşmələr Azərbay­can xarici işlər nazirinin müavini Araz Əzi­mov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

Tərəflər regional və beynəlxalq təhlükə­sizlik məsələləri ətrafında fikir mübadilə­si aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa re­gional təşkilatlarının gündəliyində duran qar­şılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

Son xəbərlər