Avtoxuliqanlıq edən 15 sutkalıq həbs edilib

post-img

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

P.ƏMİRCANOV

XQ

 



Son xəbərlər