Volodimir Zelenski: ABŞ-la razılaşdığımız hər şey həyata keçəcək

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukraynaya yardımının davam etməsinin vacibliyini vurğulayıb: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və razılaşdığımız hər şey tam şəkildə həyata keçiriləcək''.

XQ TASS-a istinadən xəbər verir ki, Zelenski paytaxt Kiyevdə keçirilən illik mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb. O bəyan edib ki, Ukraynada davam edən müharibədə ordusunun cəbhədəki ehtiyaclarını ödəmək üçün beynəlxalq maliyyə yardımı və silah yardımının davam etdirilməsi vacibdir.

Rusiya ilə danışıqların mümkünlüyünə toxunan Zelenski bildirib ki, Rusiya tərəfi buna hazır deyil: "Bu gün bu məsələ aktiv deyil. Mən Rusiyadan tələb görmürəm. Onların davranışlarında bunu görə bilmirəm''.

Bu il  cəbhədə baş verənləri qiymətləndirən Ukrayna Prezidenti Rusiya ordusunun heç bir nəticə əldə edə bilməyəcəyini bildirib: “Rusiya heç bir məqsədə nail ola bilmədi”. 

Zelenski Rusiyanın məqsədinin bütün Ukraynanı işğal etmək olduğunu və Rusiya tərəfinin buna nail ola bilməyəcəyini bildirib.

Anar ƏLİ

XQ

Dünya