Ulu öndərin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi

post-img

Dekabrın 18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup “Diplomatiya Könüllüləri” üçün Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsinin açılış mərasimi keçirilib. 

Nazir Ceyhun Bayramov yeni qrup diplomatiya könüllüləri üçün təşkil olunmuş bu layihənin Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi, ha­belə müasir müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr edilməsinin simvolik əhəmiyyət daşıdığı vurğula­nıb. 

Ulu öndərin milli quruculuq siyasə­tinin ayrılmaz komponentlərindən biri olan, Azərbaycan xalqının milli maraq­larına əsaslanan xarici siyasət kursun­dan ətraflı bəhs edən nazir bu gün bu siyasətin Ümummilli lider Heydər Əliye­vin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiril­diyini söyləyib. 

ADA Universitetinin rektoru Hafiz Paşayev könüllüləri fəaliyyətə başla­maları münasibətilə təbrik edib, onlara təhsillərində və işlərində uğurlar arzula­yıb, öz tövsiyələrini bölüşüb.

Qeyd edək ki, dekabrın 18-22-də keçiriləcək “Heydər Əliyev İli”nə həsr olunmuş diplomatiya həftəsi çərçivə­sində iştirakçılar Ulu öndər Heydər Əliyevin həyatı və müxtəlif sahələr, o cümlədən Ümummilli liderin daxili və xarici siyasəti, hərbi quruculuq, neft və iqtisadi inkişaf strategiyası, parlament, mədəniyyət, mətbuat, gənclər və di­gər sahələr üzrə çoxşaxəli fəaliyyəti ilə bağlı dövlət xadimləri ilə görüşlərinin, səfər və ekskursiyalarının təşkili nəzər­də tutulub. 

XQ

Son xəbərlər