Albaniyada Heydər Əliyev haqqında kitab

post-img

Albaniyada Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab nəşr edilib. Alban dilində nəşr edilən “Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri” kitabının müəllifi Entela Muço Albaniya-Azərbaycan Mədəniyyət və Dostluq Dərnəyinin sədridir. 

Müasir Azərbaycan dövlətinin me­marı və qurucusu olan Heydər Əliyevə həsr olunmuş kitab tarixi faktlar əsasın­da hazırlanıb. Alban oxucularını Azər­baycan xalqının keçdiyi tarixi mübarizə yolu, keçən əsrin sonunda qazanılan müstəqilliyin qorunub saxlanmasındatarixi şəxsiyyətin rolu və fəaliyyəti ilə yaxından tanış edir. Heydər Əliyev ir­sinə töhfə olan kitab Azərbaycanın beynəlxalq aləmdə və xaricdə tanıdıl­masında yeni addımdır. 

Azərbaycanın Albaniya Respubli­kasındakı səfiri Anar Hüseynov tərə­findən nəşri dəstəklənən kitabın hazır­lanmasında AMEA Tarix İnstitutunun Demoqrafiya şöbəsinin müdiri İradə Məmədova, Bakı Avrasiya Universitie­sinin kafedra müdiri Elmira Məmmədo­va-Kekeç, professor Səadət Şıxıyeva, Xəzər Universitetinin dosenti Aynur Qəzənfərqızı, araşdırmaçı-alim Fariz Xəlil, Qardaş Türkiyənin tanınmış ta­rixçi və dilçi alimləri Əli Arslan, Ömər Turan və Mustafa Balcı yaxından iştirak ediblər. 

XQ

Son xəbərlər