Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyi qeyd edilib.
Azərbaycan, Türkiyə, Türkmənis-tan, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın UNESCO yanında daimi nümayəndəliklərinin dəstəyi ilə TÜRKSOY-un30 illiyinə həsr edilmiş "Biz birgəyik" konsert keçirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev türk xalqlarının qədim, çoxəsrlik tarixi boyu dünya, bəşər mədəniyyətinə böyük töhfələr verdiyini, onu zənginləşdirdiyini bildirib.
UNESCO-nun Prioritet Afrika və Xarici Əlaqələr üzrə baş direktorunun köməkçisi Entoni Ohemen-Boama türk xalqlarının hər birinin özgün xüsusiyyətlərə malik olduğunu bildirib, dünya mədəniyyətinə verdiyi töhfələrinə toxunub.
Tədbirdə türk xalqlarının xalq musiqiləri səsləndirilib. Ölkəmizi müğənni Gülzar Fərəcova, Azərbaycan Dövlət Rəqs və Musiqi Ansanblı, həmçinin "Muğam" musiqi ansamblı təmsil ediblər.
XQ