Xarəzimli jurnalistə ölkəmizin mükafatı təqdim edilib

post-img

Özbəkistan Milli Media Assosiasiyasının 20 illiyi ilə bağlı “Renessans” Milli Mükafatının verilməsi mərasimi keçirilib. 

Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov və digər çıxış edənlər Özbəkistanda kütləvi infor­masiya vasitələrinə dövlət dəstəyi və me­dia sahəsinin inkişafı barədə danışıblar. 

Sonra müxtəlif nominasiyalar üzrə jurnalistlərə mükafatlar təqdim olunub. 

Özbəkistandakı Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzi öz mükafatını Xarəzm vilayətinin “S-İqbol” telekanalının jurnalisti Sevara Raxma­gullayevaya təqdim edib. Ona gələn il Azərbaycana reallaşdırılacaq mediatur­da iştirak hüququ verən Fəxri Diplom, xüsusi statuet və pul mükafatı təqdim olunub.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, mərkəz uzun illərdir ki, Özbə­kistan mediası ilə sıx əməkdaşlıq edir, hər il ölkənin televiziya və radio kanal­ları, internet saytlarının jurnalistləri üçün Azərbaycana mediaturlar təşkil olunur. Məhz bu əməkdaşlığın nəticəsi olaraq Özbəkistanın kütləvi informasiya va­sitələrində Azərbaycanla bağlı çoxlu ma­teriallar verilir. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər