Dərbənd tarixi sənədlərdə

post-img

AMEA Tarix və Etnologiya İns­titutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Mustafaza­dənin “Dərbənd: XVIII–XIX əsrin əv­vəllərində” adlı kitabı nəşr olunub. 

İnstitutdan bildirilib ki, kitabda arxiv sənədləri və tarixi mənbələr əsasında Dərbəndin XVIII–XIX əsrin əvvəllərin­də sosial-iqtisadi və ictimai-siyasi və­ziyyəti araşdırılır. Əsərdə XVIII əsrin əvvəllərinədək Səfəvi şahının təyin etdiyi hakimin sultanlıq kimi idarə et­diyi Dərbəndin 1722–1735-ci illərdə çar Rusiyası tərəfindən işğalı döv­ründəki vəziyyəti, 1747–1759-cu və 1796–1803-cü illərdə mövcud olmuş Dərbənd xanlığının, habelə Dərbəndin Quba xanlığının tərkibində olduğu illər­də (1759–1796, 1803–1806) vəziyyəti nəzərdən keçirilir.

XQ

Mədəniyyət