Pantomim Teatrı beynəlxalq mükafat alıb

post-img

Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Aytmatov və teatr" adlı Vl Beynəlxalq Teatr Festivalında Azərbaycan, Qazaxıstan, Qırğızıs­tan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının teatrları iş­tirak edib.

Müxtəlif ölkələrdən gələn teatr kollektivləri Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli Teatrında Aytmatovun əsərləri əsasında hazır­lanmış tamaşaları nümayiş etdiriblər.

Azərbaycan Dövlət Pantomim Teatrının kollektivi festivalda Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsə­ri əsasında hazırladıqları “Manqurt” tamaşası ilə ölkəmizi təmsil edib. Azərbaycan Dövlət Pantomim Teatrı­nın kollektivi Qırğızıstanın mədəniy­yət, informasiya, idman və gənclər siyasəti naziri və Qırğızıstanın teatr xadimləri ittifaqı tərəfindən Çingiz Ay­tmatovun əsərlərinin özünəməxsus plastik interpretasiyasına görə xüsusi mükafata layiq görülüb.

XQ

Mədəniyyət