Şəhid haqqında film

post-img

YAP Gəncə şəhər təşkilatın­da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olu­nan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib. 

Şəhid ailələri, müharibə iştirakçıları və Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları tələbələrinin tamaşa etdikləri filmdə Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, idman sahəsində əldə etdiyi uğurlar, süjet xəttinə daxil edilib. Vətən müharibəsinə ehtiyatda olan zabit kimi qatılan Muxtarın döyüş yolu düşmə­nin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2020-ci il oktyabr ayının 2-də Silahlı Qüvvələrimizin baş leyte­nantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Maraqla seyr edilən sənədli filmin ssenari müəllifi və rejissoru Ruslan Mollayev, prodüseri şəhidin atası Əli Qasımov, bədii rəhbəri isə Almaz Qa­sımovadır. 

XQ

Mədəniyyət