Moldovanın Dnestryanı yaxınlığında hərbi təlimləri

post-img

“Yevropeyskaya Pravda” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Moldovada Dnestryanı sərhəd yaxınlığında və Ukrayna sərhədindən 22 kilometr aralıda hərbi təlimlər təşkil olunub.

Nazirlikdən verilən məlumata görə, dekabrın 17-dən 22-dək 22-ci sülhməramlı batalyonun hərbi qulluqçuları Bulboaca təlim mərkəzində təlim keçəcəklər.

"Bununla əlaqədar olaraq, müəyyən edilmiş müddət ərzində hərbi texnikanın milli yollarla hərəkəti təşkil olunacaq", - Moldova Müdafiə Nazirliyi qeyd edir.

Nazirlikdən bildirilib ki, hərbi hazırlıq Milli Ordunun 2023-cü il üçün Hazırlıq Planına uyğun olaraq həyata keçiriləcək.

S.ELAY

XQ

Dünya