Özbəkistanda Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub. 

Mərkəzdə Ulu öndərin büstü qoyulub, Azərbaycan–Özbəkis­tan dostluğuna dair guşələr təşkil edilib, xalqımızın tarixi, dövlətçili­yimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb. 

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva təhsil oca­ğı haqqında məlumat verib. O, 1918-ci ildə yaradılan Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 yaşlı ali təhsil müəssisə­sində 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib. 

Rektor universitetdə türk, ərəb, fars, Koreya, yapon, Çin, urdu, hind, puştu, malay, Vyetnam və s. dillər üzrə mütəxəssislər ha­zırlandığını vurğulayıb, AMM-nin təşəbbüsü ilə 2022-ci ildən başla­yaraq Azərbaycan dilinin də tədris olunduğunu qeyd edib. 

Gülçöhrə Rixsiyeva Azərbay­canla yüksək səviyyəli əlaqələr­dən danışaraq, Azərbaycan Mədə­niyyət Mərkəzi ilə razılığa əsasən, gələcəkdə universitetdə Azərbay­can dili üzrə mütəxəssislərin hazır­lanmasının həyata keçiriləcəyini və yaradılan Azərbaycanşünaslıq Mərkəzinin bu istiqamətdə baza rolunu oynayacağını söyləyib. O, Azərbaycanşünaslıq Mərkəzi­nin universitetin tələbələri, özbək gəncləri və tədqiqatçılara Qafqa­zın lider dövləti, qardaş Azərbay­canı daha dərindən öyrənmək üçün gözəl imkanlar açacağına inandığını vurğulayıb. 

AMM-nin direktoru Samir Ab­basov həmçinin Türk dövlətlə­ri arasında mədəni əlaqələr və əməkdaşlıqdan danışaraq, dövlət başçılarımızın görüşləri, verdi­yi tapşırıqlar nəticəsində bu gün münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib. 

“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı di­rektoru, professor Erkin Nurid­dinov Özbəkistan–Azərbaycan əlaqələrində Heydər Əliyevin tarixi rolundan söz açaraq onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki qardaş ölkə, xalq arasında əlaqələrin möhkəmlən­məsi sahəsində gördüyü işləri yüksək dəyərləndirib. 

Universitetin türkologiya fa­kültəsinin dekanı, dosent Cumali Şabanov, Özbəkistan Milli Univer­sitetinin professoru Nigina Şer­muxammedova, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universi­tetinin dosenti Gülbahar Aşurova, Daşkənd Dövlət Şərqşünaslıq Uni­versitetinin professoru Adhambek Alimbekov Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının uğurlu bir addım olduğunu qeyd ediblər. 

Çıxış edənlər Azərbaycan–Özbəkistan dostluğu, qardaşlıq münasibətlərindən söz açaraq bu sahədə Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri haqqında danışaraq, onun ideya və arzu­larının gerçəkləşdiyini, müstəqil dövlətlərimizin tərəqqisini, Türk dövlətləri arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, tariximiz, mədəniyyətimiz, ədə­biyyatımıza dair layihələrin həya­ta keçirildiyini fəxarətlə söyləyib­lər. 

Tədbirdə universitetdə Azər­baycan dilini öyrənən tələbələr ana dilimizdə şeirlər, o cümlədən Xalq şairi Səməd Vurğunun “Azər­baycan” şeirini səsləndiriblər. 

AMM adından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə “İrə­van xalçaları” kitabı, Şuşaya aid 5 dilli nəşr və Özbəkistanda bu­raxılan “Heydər Əliyev” və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” poçt markaları hədiyyə edilib. 

Tədbirdə AMM-nin təşəbbüsü ilə çap olunan “Heydər Əliyev – 100 kəlam” adlı kitab iştirakçılara təqdim olunub. Azərbaycan, öz­bək və türk dillərində çap olunan kitaba Ulu öndərin 100 kəlamı daxil edilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər