Sakit okean ölkəsinin müstəqillik mübarizəsi dəstəklənib

post-img

Sakit Okean Kilsələr Konfransının 12-ci Baş Assambleyasının yekun sənədində Yeni Kaledoniyanın Fransadan ayrılaraq, müstəqillik uğrunda mübarizəsi dəstəklənib.

Sənədlərə əsasən, Fransaya çağırış edilir ki, bu region nüvə sila­hından, kütləvi məhvet­mə silahları və hərbi ba­zalardan azad olunsun. Aparılan nüvə silahları nəticəsində okeanların deqredasiyasına görə məsuliyyəti qəbul etsin.

Sənəddə qeyd edilib: "Biz Fransız Polineziyası və Yeni Kale­doniyanın müqəddəs öz müqqədəratını təyinetmə mübarizəsində onlarla birlikdəyik. Bu ərazilərin hərbiləşdirilməsi dayandırılmalı­dır. Biz, bugünkü və keçmiş müstəmləkəçi dövlətləri nüvə silah­larının regional ratifikasiyasını həyata keçirməyə çağırış edirik”. 

XQ

Son xəbərlər