Kaledoniya Birliyinin sədri Makronu ittiham edib

post-img

Kaledoniya Birliyinin sədri, FNKLS-nın mətbuat katibi Daniel Qoa Fransa Prezidenti Emmanuel Makrona və fransalı nazirlərə açıq məktub göndərib.

Məktubda 1853-cü ildən Fran­sanın Yeni Kaledoniyada hökm­ranlıq etdiyi vurğulanır.

Bildirilir ki, Fransa hökuməti tərəfindən Kaledoniyaya məqsəd­li şəkildə köçürülən insanlar onları xalq kimi tanımır: “Sizin siyasəti­niz bizim məhvimizə hesablanıb. Amma siz bizi məhv edə bilməyə­cəksiniz. Bizim ərazilərin dekolo­nizasiya olunmasına dair 1957-ci ildə imzaladığınız sənəddə gö­türdüyünüz öhdəliklərə əməl elə­mirsiz. Fransa prezidenti bir şeyi deyir, amma tamamilə əksinə ad­dımlar atır”.

Açıq məktubda Fransaya qarşı tələblər də irəli sürülüb: “Ləyaqətimizi özümüzə qayta­rın. Çünki bu sizin fəxr etdiyi­niz insan hüquqlarının tələbi­dir. Bizə azadlığımızı qaytarın. Çünki bu insanlığın tələbidir. Bizi dekolonizasiya edin. Çünki bu tarixi ədalətin bərpa edilmə­sidir”.

XQ

Son xəbərlər