Ordumuz Ermənistan tərəfə atəş açmayıb

post-img

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır.

MN-nin yaydığı məlumatda qeyd edi­lib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 ra­dələrində Ermənistan silahlı qüvvələri­nin Paşalı rayonunun Sultanbəy yaşa­yış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəti­cədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

"Qarşı tərəfin təxribat xarakterli məlu­matını qəti surətdə təkzib edirik", - məlu­matda deyilir.

XQ

Son xəbərlər