Milli Məclislə ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova bu ilin sen-
tyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. O qeyd edib ki, antiterror tədbirləri beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilib. 

Sahibə Qafarova, həmçinin Qarabağın etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən təklif olunan tədbirlər barədə də danışıb.  O, həmçinin ölkəmizə qarşı müşahidə olunan ikili standartları sərt tənqid edib. 

Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir və Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir.

Görüşdə ATƏT PA-nın Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından mümkün rolu barədə də fikirlər səsləndirilib.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri haqqında da müzakirələr aparıblar.

 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər