Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

post-img

Noyabrın 13-də xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb.

Ceyhun Bayramov və Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.


Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. 

 

XQ

 

Son xəbərlər