Azərbaycan Xarici İşlər Nazirliyi Qələbə Günü ilə bağlı paylaşım edib

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Qələbə Günü münasibətilə paylaşım edib.

Müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib:

"Bugün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə Şanlı Zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün Mübarək, Azərbaycan!"


Son xəbərlər