Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxış edəcək

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı sammitində iştirak etmək üçün Özbəkistana səfərə gedəcək. Məlumatı “Anadolu” yayıb.

Türkiyə Prezidenti Administrasiyası Əlaqələr İdarəsinin məlumatına görə, səfər çərçivəsində Ərdoğan noyabrın 9-da sammitdə çıxış edəcək və üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Sammitdə qurucularından birinin Türkiyə olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının effektivliyini artırmaq, üzv ölkələr arasında ticarəti, nəqliyyat şəbəkələri və əlaqələrini yaxşılaşdırmaq kimi məsələlərin müzakirəsi planlaşdırılır. 

P.ƏMİRCANOV
XQ

Dünya