Zəngilan meşəli şəhər olacaq

post-img

Zəngilan şəhərinin Baş planı aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Yarısını yaşıllıq təşkil edən şəhər meşəliyə bürünəcək.

Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ti­carət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf et­diriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Zəngilanın yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.

Eyni zamanda, şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayət­rafı bulvarı və digər ictimai məkanları, habelə “ağıllı şəhər”, “ağıllı mobillik” və “yaşıl enerji” yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühiti və müasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.

XQ

Son xəbərlər