Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

post-img

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi artıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bildirdiyinə görə, ilin ötən 10 ayında vergilərdən dövlət büdcəsinə 14 milyard 593,5 milyon manat vəsait daxil olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. 

Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft-qaz sek­torundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 8 milyard 387,4 milyon ma­nat təşkil edib.

XQ

İqtisadiyyat