İraq türkmanları və Türk dünyası

post-img

Dünən Bakıda “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, İraq, Niderland, Almaniya və Türkiyə­dən gələn tanınmış ictimai xadimlər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov bildirib ki, konfrans çərçivə­sində eyni irsin, dilin, ədəbiyyatın tə­dqiq olunması, gələcək əməkdaşlıqla­rın qurulması istiqamətində aparılacaq müzakirələrin, müxtəlif dövlət qurumları ilə görüşlərin, təqdimatların Türk dün­yasına töhfə verəcəyindən əminliyini ifadə edib. 

Beynəlxalq tədbirin İraqla Azərbay­can arasında ikitərəfli əlaqələr çərçivə­sində təşkil olunduğunu diqqətə çatdı­ran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransın əhəmiyyətindən da­nışıb. 

İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Rossan Al-Mamori Azərbaycan ilə İraq arasın­dakı əlaqələrin inkişaf etdirilməsi is­tiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. 

Təşkilatçılığa görə ev sahibinə təşəkkürünü bildirən İraq parlamentinin deputatı Ərşad Saleh, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəm­səddin Küzəçi, Türk dünyası ölkələri­nin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb. Konfrans işini bölmə iclasları ilə davam etdirib. 

XQ

Son xəbərlər