Xorvatiyanın ədliyyə naziri Azərbaycanda

post-img

Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Məqsəd ölkəmizin məhkəmə-hüquq sistemi və bu sahədə aparılan islahatlarla tanış olmaq, əməkdaşlığı genişləndirməkdir. 

Ədliyyə Nazirliyində keçirilən görüş­də nazir F.Məmmədov hüquqi sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunub, ədliyyə və məhkəmə siste­mindəki islahatlar barədə məlumat verərək Prezident İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğula­yıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Dünya Bankının dəstəyi ilə məhkəmə sisteminin və infrastruktu­runun müasirləşdirilməsi üzrə görülən tədbirləri, rəqəmsal innovasiyaların ge­niş tətbiqini qeyd edib. 

Azərbaycanda olmağından məm­nunluğunu ifadə edən qonaq iki dost ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı oldu­ğunu söyləyib. Bildirib ki, müasir məh­kəmə infrastrukturunun yaradılması, məhkəmənin rəqəmsallaşması, e-məh­kəmənin, e-ədliyyənin tətbiqi ölkəsi üçün əsas prioritetdir və bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi olduqca faydalıdır.

Qonaqlar ədliyyə və məhkəmə sistemində rəqəmsal innovasiyalara böyük maraq göstərərək məsafədən əhaliyə göstərilən elektron xidmətlər, “Elektron məhkəmə”, “Elektron icra”, “Elektron notariat” informasiya sistem­ləri, “Mobil notariat” brendi, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət konsepsiyası barədə məlumatlandırılıb. 

Həmin gün xorvatiyalı nazir ölkəmi­zin müasir məhkəmə infrastrukturu ilə tanış olmaq məqsədilə Bakı şəhəri Ya­samal Rayon Məhkəməsinə və Sumqa­yıt Məhkəmə Kompleksinə baş çəkib, yüksək texnoloji məhkəmə zallarını və “Elektron məhkəmə” informasiya siste­minin tətbiqini yüksək qiymətləndirib. 

XQ

Son xəbərlər