Qazaxda Ulu öndərə həsr edilən tədbir

post-img

Hərbi Prokurorluq Qazaxda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə birgə tədbir keçirib.

Qazax Rayon İcra Hakimiy­yətinin başçısı Rəcəb Babaşov, DSX-nin “Qazax” əlahiddə sərhəd diviziyasının komandi­ri, general-mayor Misir Əliyev, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev və başqaları Ümummilli lider Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyətindən, dövləti­mizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində mi­silsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda hərbi qulluqçular qar­şısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onla­rı maraqlandıran suallar cavab­landırılıb, eləcə də hərbçilərin qayğı və problemləri barədə məlumat verilib.

XQ

Son xəbərlər