Ümummilli lider və Qərbi Azərbaycan

post-img

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

Məclisdə əvvəlcə tanınmış tarixçilərin Qərbi Azərbaycanla bağlı məqalələrinin toplandığı “Qərbi Azərbaycan: siyasi-tarixi aspektlər” kitabının təqdimatı olub. 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan dövləti­nin qarşısındakı duran prioritet məsələlərdən biridir. Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Na­zim Mustafa diqqətə çatdırıb ki, ötən əsrdə ermənilərin da­vamlı olaraq Qərbi Azərbay­canda törətdikləri deportasiya və soyqırımları xalqımızın bu torpaqlardakı etnik-mədəni irsi­nin məhv edilməsi ilə müşayiət olunub.

Qərbi Azərbaycan İcması­nın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələk­bərli qeyd edib ki, Ulu öndər Heydər Əliyev Qərbi Azərbay­can mövzusunu ilk dəfəgün­dəmə gətirib, erməni deporta­siya və soyqırımlarına ilk dəfə siyasi qiymət verib, qaçqınların problemlərini nizama salıb. 

XQ

Son xəbərlər