Ukraynaya növbəti humanitar yardım

post-img

Ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun ola­raq Energetika Nazirliyinin tədarük etdi­yi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanı­nın daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqə­dar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpa­sına dəstək üçün göndərilir.

Xatırladaq ki, Ukraynaya bundan əvvəl də ölkəmiz tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yar­dım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikası­nın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlə­rinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dolların­dan çoxdur. 

XQ

Son xəbərlər